Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakıya gələn İlker Başbuğun jurnalistlərlə görüşünə kimlər mane oldu? –AÇIQLAMA

 

basbug1525431275Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlker Başbuğ mayın 2-də Bakıya gəlib.

Yenixeber.org: Qısa müddətli səfər çərçivəsində İlkər Başbuğ Bakıdakı Atatürk heykəlini ziyarət edib, Xəzər Universitetində mühazirə deyib.
Daha sonra o, Dağüstü parka gedərək, Şəhidlər Xiyabanı və Türk şəhidliyinə baş çəkib.

Maraqlıdır ki, İlker Başbuğun əvvəlcədən vəd olunan mətbuat konfransı keçirilmədi. Halbuki, əvvəlcədən 30-dan çox jurnalist bu konfransda iştirak üçün qeydiyyata alınmışdı.

“İlker Başbuğun mətbuata danışmamasının səbəbi özü deyil. O, müsahibə verəcəkdi, 31 jurnalistlə görüşəcəkdi. Amma Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı buna icazə vermədi. İlker bəy sabah Bakıdan Türkiyəyə qayıdacaq”,-deyə generalı Bakı səfərində müşayiət edən jurnalist Şeyda Nəsibli bildirib.

Onun sözlərindən belə məlum olub ki, İlker Başbuğun Bakı səfərini Xəzər Universiteti təşkil etdiyindən, proqramı da bu qurumun rəhbərliyi müəyyənləşdirib.

3_201605062015037253291525432834Hamlet İsaxanlı isə Modern.az-a açıqlamasında səslənən iddialara cavab verib.
“İlker Başbuğla görüşə bir neçə televiziyadan müxbir heyəti gəlib videoreportajlar etdi. Sadəcə olaraq, İlker bəy, jurnalistlərə geniş açıqlama vermək istəmədi. Ümumiyyətlə, İlker bəy samballı, ağır təbiətli adamdır. Yüksək vəzifəli şəxsdir. Bu cür şəxslərin mətbuata açıqlama verməklə bağlı öz fikirləri olur. Ona görə də müsahibə vermək istəmədiyini bildirdi.

İlker Başbuğ Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlib. Görkəmli ictimai-siyasi, elm, sənət adamlarını universitetimizə dəvət etmək ənənəyə çevrilib. İlker bəy də müsahibə vermək həvəsində olmadığını bildirdi. Bizə dedi ki “məni universitet maraqlandırır”. Dünən universitetin müəllim-tələbə heyəti ilə görüşüb. Tələbələr qarşısında mühazirə oxuyub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam