Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

BDU-ya Məhəmməd Əmin Rəsulzadənin adının verilməsilə bağlı petisiya yaradıldı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ümid Partiyasının sədri İqbal Ağazadənin təşəbbüsü ilə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsilə bağlı petisiya yaradılıb. 

 

Yenixeber.org: Petisiyada deyilir:

 

“Bu il - 2019-cu ildə Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi qeyd olunacaq. Azərbaycan Xalq Cumhuriyyətinin və şəxsən Məhəmməd Əmin Rəsulzadənin misilsiz xidmətlərindən biri də bu təhsil ocağını yaratmasıdır. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi, Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi şərəfinə onun adının yaradıcısı olduğu universitetə verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət kampaniyasını həyata keçirək.

 

This year - in 2019 Baku State University will celebrate 100th anniversary of establishment.

 

The establishment of Baku State University is one of the greatest achievements and unique services of Azerbaijan Democratic Republic and personally of M.A.Rasulzadeh. Since 2019 year is also 135th anniversary of M.A.Rasulzade we are going to submit a beginning of campaign for naming Baku State University after M.A.Resulzadeh to president of Azerbaijan Republic Mr. Ilham Aliyev.”

 

Qeyd edək ki,Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.

 

Petisiya bu linkdə:  https://www.gopetition.com/petitions/bak%C4%B1-d%C3%B6vl%C9%99t-universitetin%C9%99-m%C9%99h%C9%99mm%C9%99d-%C9%99min-r%C9%99sulzad%C9%99nin-ad%C4%B1-verilsin.html

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam