Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

M.Ə. Rəsulzadənin anadan olmasının 135 illiyinə sərgi həsr edilib

 

Sərgi fevral ayının 8-dək davam edəcək

Yenixeber.org: AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edib.

Sərgidə M.Ə.Rəsulzadənin özünün müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Onların sırasında M.Rəsulzadənin əsərlərindən olan “Məktublar, şəfiçilik”, “Azərbaycan şairi Nizami”, “Qafqaz türkləri”, “Çağımızın Səyavuşu”, “Milli Birlik”, “Panturanizm. Qafqaz sorunu”, eləcə də ona həsr olunmuş “M.Ə.Rəsulzadə”, “Cümhuriyyət qurucuları” (Nəsiman Yaqublu), “M.Ə.Rəsulzadə və ana dilimiz” (Mətanət Fərzəliyeva), “M.Ə.Rəsulzadə (1884-1955)” (Aydın Balayev), “İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)” (Əlimərdan Bəy Topçubaşov), “M.Ə.Rəsulzadə (biblioqrafiya)” və başqa kitablar yer alır.

Qeyd edək ki, sərgilənən kitablar Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.

Sərgi fevral ayının 8-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam