Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycana qarşı təxribat: bunu kimlər edib?- FOTO

 

Azərbaycana qarşı təxribat: bunu kimlər edib? - FOTO

Dünyanın ən böyük onlayn ensiklopediyası olan Vikipediyada Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı düşünülmüş təxribata yol verilib.

Yenixeber.org: Vikipediyanın rus dilində olan versiyası böyük Azərbaycan şairi Nizami Gəncəvini "fars poeziyasının klassiki (классик персидской поэзии)" kimi təqdim edib. Bununla yanaşı, Vikipediyada Nizamiyə həsr olunmuş məqalənin (rusca) giriş hissəsində və şairin şəklinin yuxarısında onun ad və soyadı fars və kürd dillərində verilib. Bu isə Nizaminin guya kürd əsilli fars şairi olması barədə gülünc iddialara rəvac verməkdir və əlbəttə ki, qəsdən edilib.

Məqalənin redaktə tarixçəsinə baxdıqda düzəliş edənlər arasında "Taron Saharyan", "Ankax Hayastan" və "Zara-arush" adlı istifadəçiləri görürük. "Taron Saharyan" Vikipediyadakı profilində İrəvandan olduğunu, digər iki istifadəçi isə qondarma "dqr"i dəstəklədiyini yazıb. Redaktələri araşdırdıqda təxribatın 2014-cü ildə edildiyi üzə çıxır. Nizaminin Azərbaycan dilində olan adını məqalədən Böyük Britaniyadan olan "Victoria" və "Böyük Ermənistan" ilə maraqlanan "Rs4815" adlı istifadəçilər çıxarıblar.

Maraqlıdır ki, ermənilərin bütün vasitələrdən istifadə ilə apardığı bu təxribat indiyədək diqqətdən yayınıb.

Fotofaktı oxuculara təqdim edirik.(kult.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam