Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“BANDOTDEL” “AZƏRENERJİ” İSTİNTAQINA QOŞULDU! –Ay yarımlıq təhqiqat nələri aşkarlayıb

qeza

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) iyulun əvvəllərində ölkədə baş vermiş enerji böhranı ilə bağlı “Azərenerji” ASC-də başladılmış istintaqa qoşulub.

Yenixeber.org: Məlumata görə, Prezident İlham Əliyevin tapşırığı əsasında hüquq-mühafizə orqanlarının apardıqları birgə istintaqa “Bandotdel”in əməkdaşları bugünlərdə daxil olublar. Bu, ondan xəbər verir ki, “Azərenerji”də indiyədək aparılan istintaq nəticəsində mütəşəkkil cinayətkarlığın əlamətləri aşkarlanıb!

Məlumdur ki, hələ işıq böhranının baş verdiyi ilk gündən bu hadisənin düşünülmüş şəkildə həyata keçirilən təxribat olduğu barədə ehtimallar irəli sürülürdü. Görünür, istintaq bu istiqamətdə müəyyən ipucları əldə edə bilib və məhz BMCMİ-nin də indiki mərhələdə işə cəlb edilməsi təsadüfi deyil.

etibar

Xatırladaq ki, Mingəçevir İES-də baş verən müəmmalı qəza ilə bağlı keçirilən iclasda “Azərenerji” rəhbəri Etibar Pirverdiyev qəzanın səbəbi kimi enerjiyə olan tələbatın artmasını göstərməyə çalışsa da, ölkə başçısı bununla razılaşmamışdı. Ona görə də Prezident xüsusi komissiyaya və hüquq-mühafizə orqanları rəhbərlərinə məsələnin ciddi şəkildə araşdırılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini tapşırmışdı.

“AzPolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam