Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qəbiristanlıqlarla bağlı sənəd HAZIRLANDI –Məzar yerləri pulsuz olacaq

1073719_1057455770

“Dəfn işinin təşkili, qəbiristanlıqların salınması və ümumiyyətlə bu məsələnin tənzimlənməsi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə İqtisadiyyat Nazirliyi sənəd hazırlayıb. Artıq həmin sənəd müvafiq qurumlara təqdim edilib. Hazırda isə həmin sənəd üzərində işlər aparılır”.
Yenixeber.org: Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmaylov deyib.

Qurum rəsmisi bildirib ki, sənəddə qəbiristanlıqların salınması, qəbiristanlıqların salınması zamanı hansı meyarların nəzərə alınması, sanitar qaydalardan tutmuş dini, şəriət məsələlərinə qədər hamısı öz əksini tapıb.

“Eyni zamanda sənəddə hər bir məzar üçün nə qədər torpağın ayrılması, ayrılan torpağın ödənişsiz olması, məzar daşlarının ölçüləri kimi məsələlər də öz əksini tapıb”.

G.İsmayılov sənəddə qəbiristanlıqların salınması, idarə edilməsi məsələlərinin də qeyd edildiyini diqqətə çatdırıb.

“Ümid edirəm ki, həmin sənəd yaxın vaxtlarda qəbul ediləcək və orada göstərilən bütün qaydalar icra olunacaq”.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam