Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Məzarlıqların standartları dinimizə və qanunlara uyğun müəyyənləşəcək"

 

“Bakıda yeni məzarlıqların salınması üçün hazırda İqtisadiyyat və Sənaye Nazirliyi ilə komitə arasında iş aparılır. Artıq lazımı sənəd Nazirlər Kabinetinə təqdim olunub ”.

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Azvision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Hazırda bu iqtiqamətdə iş davam etdirilir və çox güman ki, payızda Milli Məclisə təqdim olunacaq. Həmin sənəddə müəyyən məqamlar var ki, onların tam dəqiqləşdirilməsinə ehtiyac yaranıb. Hesab edirəm ki, görülən işlər müsbət həllini tapacaq”. 

M.Qurbanlı onu da bildirib ki, hazırlanan layihədə yeni salınacaq məzarlıqlarla bağlı müddəalar yer alıb.

“Dəyişikliklər əvvəlki qəbristanlıqlara şamil edilmir. Yeni salınacaq məzarlıqların standartları dinimizə və qanunlara uyğun müəyyənləşəcək. Köhnə qəbristanlıqların köçürülməsinə ehtiyac duyulacaqsa, təbii ki, bu, yerli icra hakimiyyətlərinin müvafiq sərəncamı ilə həyata keçiriləcək. Yəni, yeni hazırlanan qanunda qəbristanlıqların yerinin dəyişdirilməsi tənzimlənmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam