Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xətai icra başçısının bibisi oğlundan Heydər Əliyevə hörmətsizlik– Fotolar

 

Yenixeber.org:  Azərbaycanda mərhum prezident Heydər Əliyevin portretlərinə respublikanın hər yerində, küçə və prospektlərində rast gəlmək olar.

Bu portretlər ehtiram olaraq səliqəli saxlanır, ləkələnməsinə, cırılmasına imkan verilmir. Amma Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin həyətində fərqli mənzərə var.

 MKTB əməkdaşları tərəfindən H.Əliyevin həyat yoldaşı Zərifə Əliyeva ilə olan portret lövhəsi yerə atılıb, plakat hörmətsiz şəkildə qalıb, üzərində dəmirlər qoyulub.

MKTB Xətai Rayon İcra Hakimiyyətinə tabedir. MKTB rəisi Əvəz İsmayılovdur.

Ə.İsmayılov Xətai RİH başçısı Razim Məmmədova yaxın adamdır. Daha doğrusu,Ə.İsmayılov icra başçısı R.Məmmədovun bibisi oğludur.

Bu məmurlar tədbirlərdə çıxışlarında H.Əliyevin xidmətlərindən, Azərbaycanın ümummilli lideri olmasından, dövlət müstəqilliyini qoruyub saxlamasından danışırlar.

Amma nə Xətai icra başçısı, nə MKTB rəisi bu mənzərə ilə bağlı heç bir tədbir görmürlər. Fotolardan da görünür ki, “JEK”in həyətində keçmiş prezident və xanımının portretləri olan lövhə yerə sayğısız şəkildə atılıb, dəmir parçaları üstünə qoyulub.

Bir neçə il əvvəl Azərbaycanda tarixi şəxsiyyətlərin qorunması ilə bağlı qanunun qəbul edilməsi təklif edilirdi və onların təhqir olunmasının qarşısını almaq təşəbbüsü qaldırılmışdı.

Bu günlərdə Türkiyədə isə Atatürkü təhqir edən biri həbs edilib. Azərbaycanda bu sahədə ciddi boşluqlar olduğu görünür və Xətai MKTB bariz nümunəsidir. Məsələ barədə RİH və MKTB tərəfindən zənglərimiz cavabsız qaldı.(AzEuroNews.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam