Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısına ölkəni tərk etmə yasağı qoyulub?

 

Xaricə çıxma yasağı qoylan Xətainin icra başçısının hal-hazırda Novxanıdakı bağında dincəldiyi bildirilir.

Xətainin icra başçısı Razim Məmmədov xaricə çıxış yasağı qoyulub.
"Xeberinfo.com":   Məlumata görə, bu barədə PİA.AZ-a özəl mənbələrdən daxil olan məlumatda bildirilir ki, Xətai rayon İcra Hakimiyətinin başçısı Razim Məmmədov yay məzuniyyətinə çıxıb. İcra başçısı yay məzuniyyətini ölkədən xaricdə keçirmək istəsə də, buna müyəssər ola bilməyib.
Belə ki, PİA.AZ-ı məlumatlandıran mənbə bildirir ki, icra başçısı xaricə getmək istərkən onu aeroportdan geri qaytarıblar. Razim Məmmədova qeyri-rəsmi şəkildə bildiriblər ki, ona ölkədən çıxmaq yasaq olunub.
Məlumatlı mənbə qeyd edir ki, Razim Məmmmədov hal-hazırda Novxanıdakı bağında dincəlir. İcra başçısının həmçinin narahat olduğu və xaricə çıxma yasağının səbəbini araşdırdığı və həmçinin bu yasağı qaldırmağa çalışdığı bildirilir.
Qeyd edək ki, Razim Məmmmədv son zamanlar ən çox tənqidə məruz qalan icra başçılarından biridir. Tez-tez Razim Məmmədovun vəzifədən çıxarılacağı ilə bağlı şayilər dolaşır və həmçinin mətbuatda bu barədə məlumatlar gedir.
Qarşı tərəfin mövqyeini dərc etməyə haırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam