Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İcra başçısı 38 yaşında BDU-nin hüquq diplomunu alıb?

 

Hansı icra başçısı 38 yaşında BDU-nin hüquq diplomunu alıb?

 

Bakının Xətai rayonunun icra başçısı Razim Məmmədovun rəsmi tərcümeyi-halına görə, onun iki ali təhsili var. İlginc məqam isə icra başçısının aldığı iki diplom arasında böyük zaman fərqinin olmasıdır.
Xeberinfo.com:   Qaynarinfo.az-ın araşdırmasına görə, 2006-cı ildə Xətai rayonunun icra başçısı təyin edilən Razim Məmmədov həmin vaxtadək ancaq bizneslə məşğul olub. Belə ki, 1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi olan Məmmədov, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru vəzifəsini yerinə yetirməyə başlayır. 
Elə həmin ildə icra başçısının tərcümeyi-halına daha bir maraqlı ştrix əlavə edilir. Belə ki, 1991-ci ildə, 25 yaşında Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirən Məmmədov bundan nə az, nə çox, düz 13 il sonra, həm də birincidən tamamilə fəqrli ixtisas - hüquq üzrə Bakı Dövlət Universitetinin diplomuna sahiblənir.
Belə aydın olur ki, icra başçısı bir yandan ciddi biznes fəaliyyəti ilə məşğul olarkən, o biri yandan hüquq elminin incəliklərini dərindən mənimsəməyə macal tapırmış. 
Üstəlik, ali təhsilini başa vurub özünü tamamilə biznesə həsr etməsinə baxmayaraq, uzun illlər sonra, 34 yaşında imtahan verib kifayət qədər yüksək bal toplayaraq BDU-nin hüquq fakültəsinə daxil olmağı bacarması da rayon rəhbərinin xüsusi qabiliyyətindən xəbər verir. 
Daha bir maraqlı detal isə məhz bu diplomu əldə etdikdən cəmi iki il sonra R.Məmmədovun icra başçısı təyin edilməsidir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam