Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sementin qiyməti qalxıb –Mənzillər bahalaşacaq

 

4474275-628x403Tikinti sektorundan adının açıqlanmasını istəməyən mənbə bildirib ki, inşaatın əsas materiallarından biri olan sementin qiyməti yüksəlib.

Yenixeber.org: Mənbənin sözlərinə görə, sement bahalaşdığı üçün bir sıra tikinti şirkətləri mənzillərin kvadrat metrinin qiymətini təxminən 30-50 manat qaldırmağı müzakirə edirlər.

Bakıda pilot layihələr üzrə aparılan tikinti işlərinin sürətlənməsi sementə təlabatı artırıb. Paytaxt rayonlarında köhnə binalar sökülərək yerində daha iri yaşayış kompleksləri tikilir.

Azərbaycanın sement istehsalçılarından birindəki mənbə bildirib ki, sementin bahalaşdığı barədə deyilənlər doğrudur. Yerli təchizatçıların qiymətləri qaldırması və işçilərin maaşlarının artırılmasını tələb etmələri qiymət artımını qaçılmaz edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında 2 milyon 658,9 min ton sement istehsal olunub. Bu, 2016-cı ilin 11 ayı ilə müqayisədə təxminən 25% çoxdur. /“ Marja”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam