Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ETSN ölkə üzrə reydlərə başladı

 

Nazirlik ölkə üzrə reydlərə başladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 04-10 dekabr 2017-ci il tarixlərində reydlər davam etdirilib.

Yenixeber.org nazirliyə istinadən xəbər verir ki, keçirilən reydlər zamanı Bakı şəhəri ərazisində İsmayıllı rayonu, Mican kənd sakini Sarvan Kərimova məxsus “Ford Dobl” markalı 10PN392 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 451 kiloqram olan 167 kisə ağac kömürü aparıldığı aşkar edilib. 

Fakta bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 467,73 manat məbləğində ziyan tətbiq edilib.Ləkəran rayonu ərazisində keçirilən reyd zamanıLerik rayonu Piran kənd sakini Kənan Rüstəmova məxsus “Qazel” markalı 43BC938 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5,0 m3, Lənkəranrayonu Köhnə Gəgir kənd sakini Fazil Xasmıyevə məxsus “QAZ-66” markalı avtomobilin yük yerində 3,0 m3 həcmində fıstıq və vələs cinsli meşə materialı, Lerik rayonu Ləkər kənd sakini Habil Əzimova məxsus “UAZ” markalı 06BC418 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə ümumi çəkisi 142,5 kiloqram olan 19 kisə ağac kömürü aşkar edilib. 

Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 272,11 manat məbləğində ziyan tətbiq edilib. Masallırayonu ərazisində keçirilən reyd zamanı rayonun Dənbəlov kənd sakini Nicat Rzayevə məxsus “UAZ” markalı 12BB402 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 1,25 m3 həcmində ağcaqayın cinsli girdə işlik materialı, Xəlifələr kənd sakini Əliheydər Qənbərova məxsus “QAZ-51” markalı 44BL813 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,0 m3 həcmində palıd cinsli işlik material aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 273,33 manat məbləğində ziyan tətbiq edilib. 

Cəlilabad rayonu ərazisində keçirilən reyd zamanı rayonun Lerikrayonu Çayyurd kənd sakini Dəyanət Muradova məxsus “QAZ-53” markalı 43BA376 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5,0 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 77,7 manat məbləğində ziyan tətbiq edilib.Göygöl rayonu ərazisində keçirilən reyd zamanı rayonun Üçtəpə kənd sakini Vaqif Abbasova məxsus “UAZ” markalı 54BE221 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 240 kiloqram olan 15 kisə ağac kömürü aşkar olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və ona 248,90 manat məbləğində ziyan tətbiq olunub. 

Eyni zamanda Toğana kənd sakini Ağa Quliyev tərəfindən meşə fondu torpağında ağac kömürü hazırlanması məqsədilə 1 ədəd quyunun qazıldığı və 2,0 m3 həcmində qanunsuz yolla əldə edilmiş meşə materialından istifadə olunduğu aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona 538,50 manat məbləğində ziyan və cərimə tətbiq edilib. 

Göyçay rayonu ərazisində keçirilən reyd zamanı rayonun Şahsoltanlı kənd sakini Sakin Quliyevə məxsus “QAZ-52” markalı 54-80 AQP dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,5 m3 həcmində palıd və vələs cinsli meşə materialı aşkar olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və ona 38,80 manat məbləğində ziyan tətbiq olunub. 

Goranboy rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xoylu kənd sakini Akif İbrahimova məxsus sexdə kömür yandırılması məqsədilə primitiv üsulla quraşdırılmış 7 m3 həcmində 1 ədəd dəmir çən, 34 m3 həcmində yulğun cinsli kollardan tədarük olunmuş odun və ümumilikdə çəkisi 25 kiloqram olan 10 kisə kömür aşkar edilib. 

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona 660,61 manat məbləğində ziyan və cərimə tətbiq edilib. Hazırda ölkənin bütün ərazilərində reydlər davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam