Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Mir Mövsüm ağa fəxri mükafatı” verilir –VİDEO

 

197484_res_01

Seyid vəsiqəsinin ardınca “Mir Mövsüm ağa fəxri mükafatı” laureatı təsis olunub.

Yenixeber.org:  Bir nəfərin ağa diplomu alması barədə sosial şəbəkələrdə şəkillər yayılıb. Diplomun hazırlanmasında Mir Mövsüm Ağa ziyarətgahının adından istifadə olunub. Belə ki, “Rəhimli və Mərhəmətli Allahın adı ilə” başlayan diplomun üzərində şəxsin, “Mir Mövsüm ağa fəxri mükafatı” laureatıçısı olduğu qırmızı hərflərlə yazılıb.

Bir neçə gün əvvəl Elnur Tağıyevin, qazinin imzası ilə seyidlik vəsiqəsi alması barədə xəbərin ictimailəşməsi, görünür, şəkili yayanları təşvişə salıb. Çünki diplom sahibinin adı və soyadı xüsusi incəliklə gizlədilib.

Faktın arxasınca Mir Mövsüm Ağa ziyarətgahına yollandıq. Məlum oldu ki, belə bir laureatdan söhbət gedə bilməz. Fəaliyyət dairələrini genişləndirmək üçün kimlərsə ziyarətgahın adından sui-istifadə ediblər.

İlahiyyatçı Elsevər Səmədov belə bir təşəbbüsün şəriət qaydalarına uyğun olmadığını bildirir.

Laureat sözü olduğuna görə görünür diplom hansısa müsabiqə əsasında tərtib olunub. Ancaq müsabiqənin kimlər tərəfindən və hansı şərtlərlə təşkil olunması barədə məlumat yoxdur. (“Xəzər TV”)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam