Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Qəbiristanlıq fermaya çevrildi -Bakıda (VİDEO)

Bakının ən böyük qəbiristanlıqlarının birini fermaya çeviriblər.

Yenixeber.org:  “Xəzər TV” məlumat verir ki, söhbət Keşlə qəbirstanlığından gedir. Sahibkar qəbiristanlıqda döyüş xoruzları saxlayır. Təsərrüfat sahibi kefi istəyəndə qəbirlərin yanında xoruzları döyüşdürür. Qəbiristanlığın müdiri isə verdiyi açıqlamalarla özünü gülməli vəziyyətə qoyub.

“Həzi Aslanov” metrosunun yaxınlığındakı qəbiristanlıqda isə qoyun saxlanılır.

Döyüşkən xoruzlar qəbirlərin üstündə gəzir, yaxud qəbirlərin arasında döyüşürlər.

Qəbristanlığın içində döyüş xoruzları saxlayan şəxs kefi istəyəndə onları elə burda da döyüşdürür.

Xoruzların sahibi müsahibə vermək istəmir. Öz yerinə qəbiristanlığın müdirini qabağa verir. Müdir isə vəziyyətdən narahat olduğunu xoruzu saxlayanın öz yanında etiraf edir.

Amma müdir bunu açıqlamır ki, niyə xoruzların qəbiristanlıqda saxlanılmasına icazə verib…

“Həzi Aslanov” metrosunun yaxınlığındakı qəbristanlıqda isə bir nəfər qoyun saxlayır. Qəbirlərin 1 metrliyində qoyun peyini tökülüb, ətrafdan üfunət iyi gəlir.

Lakin qoyunları saxlayan adam burda bir qəbahət görmədiyini deyir və əsassız arqumentlər gətirir. Deyir ki, qoyunların peyinlərindən ölü yiyələrinə də verir ki, əkdikləri gül və ağacların dibinə töksünlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam