Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Əhaliyə Vətəndaşlıq Xidməti Tresti:Bakıda dəfn üçün əvvəldən yerin ayrılması qəti qadağan olunub

Əhaliyə Vətəndaşlıq Xidməti Tresti:

 

"II Fəxri Xiyabanda I Fəxri Xiyabana nisbətən bir qədər sıxlıq olsa da, hazırda hər iki qəbiristanlıqda boş yerlər var. Bu qəbiristanlıqların ərazilərinin genişləndirilməsi məsələsi bu gün gündəmdə deyil"

 

Yenixeber.org: Bunu Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (ƏVXT) baş mühəndisi Sabir Həsənov deyib.

S.Həsənovun sözlərinə görə, bu gün Bakının mərkəzi qəbiristanlıqlarında sıxlıq müşahidə edilir, şəhər kənarındakı qəbiristanlıqlarda isə boş yerlər var.

Baş mühəndis boş torpaq yelərinin daha çox olduğu qəbiristanlıqlar kimi Hövsan, Buzovna, Binəqədi, Biləcəri qəbiristanlıqlarının adını çəkib:

"Mərkəzi qəbiristanlıqlarda sıxlıq var, amma boş torpaq yerləri də var. Biz heç bir qəbiristanlıqdakı yerlərin tam dolduğunu demirik, 1-2 nəfər üçün yer tapılır".

Baş mühəndis əlavə edib ki, cənazəsi olan istənilən şəxs qəbiristanlıqların ƏVXT tərəfindən təyin edilmiş nəzarətçilərinə müraciət edərək dəfn üçün torpaq yeri ala bilər:

"Biz əvvəldən kim üçünsə torpaq yeri ayırmırıq. Bu, qəti şəkildə qadağan olunub. Yalnız cənazə olduqda torpaq yeri ayırılır. Bakı şəhərində 32 qəbiristanlıq var, onların 2-si Fəxri, 2-si Şəhidlər Xiyabanıdır. Fəxri xiyabanlarda yalnız dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin dəfni həyata keçirilir. Qalan 28 qəbiristanlığın hamısına nəzarət edirik və əvvəlcdən heç kəsə dəfn üçün torpaq yeri vermirik. Amma istisna hal kimi dəfn olunanın həyat yoldaşının, yaxud övladının, yaxın qohumunun ərizəsi ilə qəbiristanlıqda dəfn olunanın yanında ər və ya arvad üçün bir yer saxlaya bilirik. Bu da çox nadir hallarda olur. Bu haldan başqa heç bir yer dəfn üçün saxlanıla bilməz".

S.Həsənov qeyd edib ki, qəbiristanlıqda müsəlman olan bir şəxsin dəfni üçün 63 manat rüsum ödənilməlidir. Qeyri-müsəlmanlar isə tabutla dəfn edildiyindən onlar üçün dövlət rüsumu 79 manatdır:

"Bu məbləğə tikinti materiallarının pulu daxil deyil. Tikinti materialları mərhumun yaxınlarının hesabına alınır".

S.Həsənov hazırda Bakıda heç bir qəbiristanlığın köçürülməsinin nəzərdə tutulmadığını da söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam