İranın Qızıl Aypara Cəmiyyəti: Tehranda dağıntılar altından 960 nəfər çıxarılıb
İranın Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, ABŞ və İsrailin Tehrana endirdiyi aviazərbələrdən sonra xilasetmə qrupları dağıntılar altından 960 nəfəri çıxarıb.
Yenixeberorg.com xəbər verir ki, bu barədə "Al-Jazeera" İran mediasına istinadən məlumat verib.
Təşkilatın məlumatına görə, aviazərbələr nəticəsində ölkə üzrə ümumilikdə 125 630 mülki obyekt, o cümlədən 100 min yaşayış evi və təxminən 24 min kommersiya müəssisəsinə ziyan dəyib.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb, lakin tərəflər razılığa gələ bilməyib.









AZ
RU