Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran Dieqo Qarsiya bazasına raket atdı

İran Dieqo Qarsiya bazasına raket atıb - YENİLƏNİB
İran cümə axşamı axşam saatlarında ABŞ və Böyük Britaniyanın birgə istifadə etdiyi Dieqo Qarsiya hərbi bazasına iki ballistik raket atıb.

Yenixeberorg: Bu barədə "The Wall Street Journal" bir neçə amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Raketlərdən biri uçuş zamanı mühərrikində yaranan nasazlıq səbəbindən düşüb, digəri isə ABŞ hərbi gəmisi tərəfindən vurulub.

Dieqo Qarsiya adası İrandan təxminən 4000 kilometr məsafədə yerləşir ki, bu da İran raketlərinin maksimum 2000 km uzaqlıqdakı hədəfləri vura biləcəyi barədə məlumatların həqiqəti əks etdirmədiyini, Tehranın uzaqmənzilli raketlərin hazırlanmasında irəliləyiş əldə etdiyini göstərir.

Hind okeanındakı Dieqo Qarsiya adası ABŞ-ın bombardmançı təyyarələr, nüvə sualtı qayıqları və idarəolunan raketlərlə təchiz olunmuş esmineslər yerləşdirdiyi strateji baza kimi fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam