İsmayıl Qaanidən YENİ XƏBƏR:Ön cəbhədədir...
SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani hərbi əməliyyatlara rəhbərlik edir.
Yenixeber.org: Bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əli Sadiq deyib.
“İsmayıl Qaani ön cəbhədədir və hərbi əməliyyatlara şəxsən rəhbərlik edir. Bütün bu bəyanatlar düşmənin qüvvələrimizin və müttəfiqlərimizin əhval-ruhiyyəsini sarsıtmağa yönəlmiş psixoloji müharibəsinin bir hissəsidir. General Qaani sağ-salamatdır, o, təcavüzkarlara - ABŞ və sionist rejimə qarşı əməliyyatlara komandanlıq etməyə davam edir”, - səfir bildirib.
Qeyd edək ki, “Deyli Meyl" Qaaninin İsrailə casusluq ittihamı ilə gizlicə edam edildiyini yazmışdı.









AZ
RU
