QHT-lərə Dövlət Dəstəyi Agentliyindən YENİ XƏBƏR:Yazdıqlarımız nəticəsiz qalmadı...
Prezident İlham Əliyev “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzaldı
Yenixeber.org: Fərmanla Agentliyin idarəetmə modelində edilən dəyişikliklər də xüsusi diqqət çəkir. İcraçı direktor institutunun İdarə Heyəti ilə əvəz olunması qərarların tək şəxs tərəfindən deyil, kollegial şəkildə qəbul edilməsini təmin edir. Məlum olduğu kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva idi. O Aygün Əliyeva ki, "Yenixeber.org" və "Xəbərmən TV" olaraq dəfələrlə onun tender-qrant oyunlarından yazdıq və danışdıq. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın “rəfiqə qrantları” seriyasını ictimailəşdirdik. Bu yazılarımız təbii olaraq cəmiyyətdə geniş maraq doğururdu. Və nəticəsinin olacağı da, şübhəsiz idi...
Bəzən yazdıqlarımızı görməzə gələnlər bir daha bilsinlər ki, dövlətin hansısa məmurun oyunlarından hər zaman xəbəri olur. Sadəcə hər şeyin zamana ehtiyacı var. "Yenixeber.org" və "Xəbərmən TV" olaraq məsuliyyətimizi dərk edərək, peşəmizə sadiq qalaraq, dövləti və milli maraqlarımız naminə belə məmurları ifşa etməyə davam edəcəyik.










AZ
RU