Rusiya gerbini dəyişdi -FOTO

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın gerbinə xaçların əlavə edilməsi barədə qanunu imzalayıb. Müvafiq sənəd Rusiyanın hüquqi aktların rəsmi saytında dərc olunub.
Yenixeber.org: Bu barədə xarici KİV-lər xəbər yayıb.
“Kiçik taclar, böyük tac və dayaq ucları genişlənən, bərabər qollu düz dördguşəli xaçlarla taclandırılıb”, – qanunda bildirilib.
Müşayiətedici sənədlərdə qeyd olunub ki, bu dəyişikliklər Rusiya Federasiyasının rəsmi simvollarından birinin təhrif edilməsinin qarşısını almağa imkan verəcək.










AZ
RU