Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan yeni təyin olunmuş xarici diplomatların şərəfinə keçirilən tədbirdə ABŞ prezidenti Donald Trampla görüşüb.
Yenixeber.org: Bu barədə erməni mediası xəbər yayıb.
Ermənistanın diplomatik missiyasının sosial şəbəkələrdə verdiyi məlumata görə, Mkrtçyan ABŞ liderinə
Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləyişinə yönəlmiş “ardıcıl səylərinə” görə təşəkkür edib. Tramp öz növbəsində erməni xalqını sülh yolu ilə nizamlanmaya nail olması münasibəti ilə təbrik edərək, onların “sabitlik və sülh şəraitində yaşamağa layiq olduğunu” qeyd edib.
ABŞ prezidenti həmçinin sülh prosesini daha da dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib.
Tramp Ermənistanın baş naziri Nikol Paşinyan üçün şəxsən imzaladığı hədiyyəni də səfirə təqdim edib.










AZ
RU