Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Tramp ABŞ-nin İrana yeni zərbə endirmə ehtimalını istisna etməyib

 

ABŞ Prezidenti Donald Tramp, ölkə rəhbərliyinin Vaşinqtonla razılığa gəlməyəcəyi və raket proqramını davam etdirəcəyi təqdirdə, İrana yeni zərbə endirilməsi ehtimalını istisna etməyib.

Yenixeber.org xəbər verir ki, Tramp bu sözləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Trampın sözlərinə görə, əgər ABŞ Silahlı Qüvvələri İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirməsəydi, Yaxın Şərqdə nizamlanmaya nail olmaq mümkün olmazdı.

"İran nüvə proqramını davam etdirməyə cəhd edə bilər. Onların bərpasına çox vaxt lazım gələcək, lakin əgər onlar bizimlə razılıq əldə etmədən onu bərpa etmək istəsələr, biz onu da məhv edəcəyik. Biz onların raketlərini çox tez məhv edə bilərik", - ABŞ Prezidenti qeyd edib.

Noyabr ayının əvvəlində İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına verdiyi müsahibədə bildirmişdi ki, ölkə rəhbərliyi uranı sülh məqsədilə zənginləşdirməyi davam etdirmək niyyətindədir və öz raket proqramının gələcəyini müzakirə etmək imkanını istisna edir. O vurğulayıb ki, "heç bir sağlam düşüncəli insan onun hərbi komponentindən imtina etməyə razı olmaz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam