Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

12 yəhudinin ölümünə səbəb olan terrorçu Venesuelada tutuldu -31 il sonra

Venesuelada 1994-cü ildə Panamada baş vermiş qanlı terror aktı ilə bağlı beynəlxalq axtarışda olan şəxs həbs edilib.

Yenixeber.org: Venesuela hüquq-mühafizə orqanları, İnterpol və bir neçə ölkənin xüsusi xidmətlərinin birgə əməliyyatı nəticəsində Margarita adasında Ali Zaki Hacı Cəlil saxlanılıb.

Məlumata görə, Venesuela vətəndaşı, lakin mənşəcə livanlı olan Cəlil 1994-cü il iyulun 19-da "Alas Chiricanes" aviaşirkətinə məxsus təyyarədə baş vermiş terror aktının təşkilində iştirakda şübhəli bilinir. Həmin partlayış nəticəsində 21 nəfər həyatını itirmişdi, onlardan 12-si Panamadakı yəhudi icmasının üzvü idi.

İstintaqın məlumatına əsasən, Cəlil terrorçuların logistikası və daşınmasının koordinasiyası ilə məşğul olub. Onun adı uzun illərdir beynəlxalq terror şəbəkələri ilə əlaqədar olan şəxslərin siyahısında yer alırdı.

Hazırda saxlanılan şəxsin extradisiya məsələsi müzakirə olunur. ABŞ və Panama onu təslim almağa hazır olduqlarını artıq rəsmi şəkildə bəyan ediblər.

1994-cü ildə baş vermiş partlayış Latın Amerikasında yəhudi icmasına qarşı ən qanlı hücumlardan biri hesab olunur və bir çox beynəlxalq təşkilat bunu Hizbullah-la əlaqəli terror əməliyyatı kimi qiymətləndirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam