Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

 Bakı metrosunun iş saatı uzadılacaq -SƏBƏB

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC noyabrın 5-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turniri çərçivəsində oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək.

Yenixeber.org: “Bakı Metropoliteni”in yadığı məlumata görə, metropoliten “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça görə gücləndirilmiş qaydada fəaliyyət göstərəcək.

Həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında metropolitenin iş saatı uzadılacaq.

Metropolitenin paytaxtda keçirilən kütləvi tədbirlər planı və qarşılaşmaya sərnişin marağı nəzərə alınaraq noyabrın 5-dən 6-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.

Sərnişinlərin təhlükəsiz və rahat daşınması, azarkeşlərin oyun qurtardıqdan sonra mənzil başına rahat çatmaları üçün bir sıra tədbirlər də görüləcək. “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək, əlavə işçi qüvvəsi və növbətçilik cədvəli tətbiq olunacaq. Bu məqsədlə “Gənclik” stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər.

Ehtiyat qatarlar zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam