Rusiyanın “Tomahawk” raketlərinə cavabı Hava Hücumundan Müdafiə sistemini gücləndirmək olacaq.
Yenixeber.org: Bu barədə Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
O, Rusiyanın tezliklə yeni silaha sahib olacağını deyib.
“Bizim tezliklə yeni silahı elan etmək imkanımız olacaq. Sınaqlar uğurla davam edir”, - Rusiya Prezidenti vurğulayıb.
Putin Rusiyanın Alyaskada baş tutan müzakirələrə sadiq olduğunu da qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın START Müqaviləsindən çıxması Rusiya üçün kritik əhəmiyyət kəsb etməyəcək.
O, Rusiyanın nüvə arsenalının digər dövlətlərə nisbətən daha müasir olduğunu əlavə edib.