Yenixeber.org: Bu barədə Interesting Engineering yazıb.
Məlumata görə, şirkət bunun üçün amerisium-241 (Am-241) izotopundan istifadə etmək niyyətindədir.
Amerisium-241 Zeno tərəfindən hazırlanmış kosmik nüvə batareyalarına — yəni radioizotop enerji sistemlərinə enerji verəcək. Hazırda Zeno, NASA üçün amerisium yanacağı ilə işləyən sistemlər hazırlayır. Bu sistemlər Ay səthindəki ay avtomobilləri (roverlər), enici modullar və infrastruktur obyektlərini enerji ilə təmin edəcək. Bu batareyalar Ayda gecəni işıqlandırmaq daim kölgədə qalan ərazilərdə işləmək üçün zəruri enerjini təmin edəcək.