Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Putin-Zelenski görüşündən YENİ XƏBƏR...

Putin-Zelenski görüşünün vaxtı ELAN EDİLDİ

Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş avqustun sonuna qədər baş tuta bilər.
Yenixeber.org: Bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.

O, jurnalistlərə deyib ki, “Amerika prezidenti Rusiya prezidenti ilə telefonla danışıb və yaxın iki həftə ərzində Rusiya və Ukrayna prezidentləri arasında görüş barədə razılığa gəlib”.

“Eyni zamanda, görüşün yeri hələ müəyyən edilməyib”,- deyə o əlavə edib.

Merts deyib ki, belə bir sammitə yaxşı hazırlaşmaq lazımdır, lakin o, Putinin orada iştirak etmək üçün “cəsarət edib-etməyəcəyinə” əmin deyil.

"Rusiya prezidentinin belə bir sammitdə iştirak etməyə cəsarəti çatıb-çatmayacağını bilmirik. Ona görə də onu inandırmaq lazımdır", - Almaniya kansleri deyib.(“Reuters”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam