Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Türkiyə və Pakistanın hərbi bazasını Azərbaycanda yerləşdirmək lazımdır” —Prezidentin sabiq köməkçisi

“Qısa müddətdə Türkiyənin ən böyük hərbi bazasını Azərbaycanda yerləşdirmək lazımdır“.
Yenixeber.org: Bu sözləri politoloq, Prezident Katibliyinin sabiq rəhbəri Eldar Namazov Rusiya-Azərbaycan münasibətlərini şərh edərkən yazıb.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində baş verən son hadisələr heç kimi təəccübləndirməməlidir. Eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli sayt və kanalların guya İsrail PUA-larının Azərbaycan ərazisindən İrandakı hərbi obyektlərə zərbələr endirdiyi barədə yalan məlumat yaymasına da…
“Başa düşməliyik ki, Azərbaycan dünyada həm Rusiya, həm də İranla quru sərhədi olan yeganə “şanslı” ölkədir. Bu ölkələrin hər biri müstəqil Azərbaycanı onun geosiyasi planlarına təhlükə hesab edən və ölkəmizi yenidən işğal etmək üçün “tarixi haqqı” olduğuna inanan dövlətlərdir”.
E.Namazovun fikrincə, hələlik onları dayandıran yeganə amil Azərbaycana qarşı təcavüzün hərbi-siyasi nəticələrini tam hesablaya bilməməkləridir: “Onları əbədi olaraq dayandıran və müstəqil varlığımızla barışmağa məcbur edəcək yeganə şey bu cür təcavüzün qeyri-mümkünlüyünün konkret təsdiqidir”.
“Şuşa Bəyannaməsi əsasında öz məntiqi inkişafı çərçivəsində qərar qəbul etmək və qısa müddətdə bölgədəki ən böyük türk hərbi bazasını Azərbaycanda yerləşdirmək lazımdır. Biz bu bazanın bir hissəsini 250 milyon əhalisi və nüvə silahı olan başqa bir müttəfiqimiz olan Pakistan Hərbi Hava Qüvvələrinə icarəyə verə bilərdik”.
E.Namazovun fikrincə, siyasət elminin “güc vasitəsilə sülh” adlandırdığı məhz budur: “Bu isə ümumi dildə Moskva və Tehrana “Azərbaycanla bağlı planlarını unut!” söyləmək adlanır”.(AzPost)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam