Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Netanyahu Tehran sakinlərinə çağırış etdi:"...şəhəri boşaldın"

netanyahu

"TRT Haber" kanalı xəbər verir ki, İsrailin müdafiə naziri İsrail Katzın tehranlıları təhdid etməsindən sonra İsrailin Baş naziri Binyamin Netanyahu da "Tehran əhalisinin köçürülməli olduğunu" bəyan edib.
Yenixeber.org: Netanyahu Tel Nof aerobazasına səfərdən sonra verdyi açıqlamada deyib: "İsrail Hava Qüvvələri Tehranın hava məkanına nəzarət edir". Netanyahu "nüvə təhlükəsinin və İranın hərbi imkanlarının aradan qaldırmaq məqsədinə çatmaq yolunda olduqlarını" söyləyib.
İsrailin Baş naziri bildirib: "Biz Tehran vətəndaşlarına deyirik: şəhəri boşaldın".
Qeyd edək ki, İsrailin müdafiə naziri Katz, İranın cavab addımı ilə bağlı açıqlama verərək, "İsraildəki mülki insanları hədəf alır və bunun əvəzini Tehran sakinləri ödəyəcək" sözlərini demişdi.
Bu reaksiyanın ardınca Katz yazılı açıqlama verərək: "Tehran sakinlərinə fiziki zərər vermək niyyətində deylik", -  deyə bəyan etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam