Yenixeber.org: Bu barədə o, "NBC News" telekanalına verdiyi müsahibəsində bildirib.

Tramp qeyd edib ki, İran əvvəlcə razılaşmanı əldə etmək imkanını əldən verib, lakin hazırda onlara ikinci şans verilə bilər.

Prezident əlavə edib ki, İsrailin zərbələrindən sonra İranda nüvə məsələsi ilə bağlı səlahiyyətli şəxslər öz təşəbbüsləri ilə ona zəng edərək, danışıqlar aparmaq istədiklərini bildirirlər.

“Onlar mənimlə əlaqə saxlayır və razılaşma barədə müzakirələr aparmaq istəyirlər”, - Tramp vurğulayıb.