Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Ukrayna nümayəndə heyəti Vaşinqtona gedib -danışıqlar aparmaq üçün

Amerikalı rəsmilərlə bir çox məsələlər müzakirə ediləcək

Yenixeber.org: Ukraynanın Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona səfər edib. Bu barədə xarici media məlumat yayıb.

Qeyd olunub ki, gündəlik kifayət qədər əhatəlidir. Danışıqlarda müdafiəyə dəstək və döyüş meydanındakı vəziyyət, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, xüsusən də senator Lindsey Qremin qanun layihəsi haqqında müzakirələr planlaşdırılır. Bundan əvvəl imzalanan İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında saziş də müzakirə edikləcək.

Bundan əlavə, Kiyev nümayəndələri amerikalı tərəfdaşları ilə Ukraynadan qeyri-qanuni olaraq götürülmüş uşaqların vətənlərinə qaytarılmasını və “rusların kilsə məsələləri ilə bağlı təbliğatını” müzakirə etmək niyyətindədirlər.

Ukrayna tərəfi həmçinin ABŞ-ı Ukraynada müharibənin dayandırılmasının mümkünlüyü ilə bağlı İstanbulda Rusiya ilə danışıqların nəticələri barədə məlumatlandırmaq niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam