Redaktor seçimi
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Günün xəbəri

ABŞ Zelenskiyə bir saat vaxt verib -bu müqaviləni imzalamaq üçün

ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefonla danışdığı gün bu ölkənin maliyyə naziri Skot Bessent Kiyevə gəlib. O, Ukrayna prezidenti Vladimir Zelenskiyə ABŞ-ın bu ölkənin mineral ehtiyatlarının yarısına mülkiyyət hüququnu əks etdirən sənədi təqdim edib.

Yenixeber.org: Üstəlik, ölkə başçısına sənədlə tanış olmaq və imzalamaq üçün məhdud vaxt verilib.

Bu barədə “NBC News”a beş Amerika rəsmisi və müzakirələrlə tanış olan başqa bir şəxs bildirib.

Qeyd olunur ki, Zelenski Bessentdən sənədi ətraflı öyrənmək üçün ona vaxt verməsini tələb edib. Buna cavab olaraq ABŞ maliyyə naziri bildirib ki, müqaviləni imzalamaq üçün onun bir saatı var, əks halda onun ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə gözlənilən görüşləri ləğv ediləcək.

Nəşr xatırladıb ki, Zelenski bu sənədi imzalamaqdan imtina edib. ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, bu səbəbdən Ukrayna prezidentinin komandasına Vens və Rubio ilə görüşlərin təxirə salındığı bildirilib, lakin görüş sonradan baş tutub.

Bessent daha sonra “Fox News”a verdiyi müsahibədə Zelenskinin, nəhayət ABŞ ilə mineral müqavilə imzalayacağına inandığını söyləyib. O vurğulayıb ki, bu, guya müharibə başa çatdıqdan sonra Rusiyanın gələcək təcavüzünün qarşısını alacaq.

ABŞ rəsmilərindən biri izah edib ki, Ukraynanın özünü müdafiə qabiliyyəti indiyədək əsasən Amerika vergi ödəyiciləri tərəfindən təmin edilib.

“Bu təklif həmin xərclərin bir hissəsini geri qaytarmağa və sülh əldə edildikdə, Ukraynanın ABŞ-la tərəfdaşlıq yolu ilə iqtisadi mövqelərini gücləndirmək potensialına malik olacağını qəbul etməyə yönəlib”, - o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam