Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Rus Evi” açıqlama yaydı:yalan məlumatlar və saxta sənədlər yayılıb

“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb
“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb

Yenixeber.org: Bakıdakı “Rus Evi” (“Rossotrudniçestvo”) loqosundan istifadə etməklə saxta “sənədlər” hazırlanaraq yayılması barədə açıqlama yayıb.

“Rus Evi”: Bu “sənədlər” reallığı əks etdirmir”

Məlumata görə, mərkəzin sosial media ünvanlarında yayılan məlumatda qeyd olunub ki, son günlər internet resurslarında “Rus Evi”nin qanunsuz olaraq mənimsənilmiş rəmzləri ilə yalan məlumatlar və saxta sənədlər yayılıb: “Bu cür sənədlər arasında Bakıda “Rus Evi”ndə rus dili kursu keçdiyi deyilən şəxslərin, o cümlədən Azərbaycanın dövlət məmurlarının adları da qeyd olunur. Bu “sənədlər” reallığı əks etdirmir”.

“Rus Evi” qeyd edib ki, mərkəzin rəsmi resurslarından kənar yayılan hər hansı məlumat saxtadır.

“Sənədlərin saxtalaşdırılması cinayət məsuliyyətinə səbəb olur”.

“Bu saxta məlumatlara məhəl qoymamağınız xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

“Rus Evi”, həmçinin, təşkilatla bağlı saxta sənədlərin yayılmasının və loqolarından istifadənin dərhal dayandırılmasını tələb edib: “Simvollardan qanunsuz istifadə, sənədlərin saxtalaşdırılması və yalan məlumatların yayılması məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb olur”.

“Rus Evi” özünün internet media resurslarını və sosial şəbəkə səhifələrini də bir daha xatırladıb.

Saxta məlumat nədən ibarət idi?

Xüsusi xidmət orqanlarının sifarişi ilə çalışan, xaricdə yerləşən “Youtube” kanalı vasitəsilə son günlər “Rus Evi” adından saxta sənəd hazırlanıb yayılıb. “Məlumat” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə bağlı olub. “Rus Evi” isə son açıqlamasında bu tipli məlumatların yayılması barədə məlumatlı olduğunu qeyd edib və məlumatı təkzib edib.

Almaniya bu kanalların fəaliyyətinə niyə icazə verir?

Belə saxta sənədlər yayan “Youtube” kanalları Almaniyada bağlanıblar. Məlumata görə, hətta Almaniya hüquq-mühafizə orqanları saxta məlumatı tirajlayanlarla bağlı cinayət işi açıb. “Youtube”nin qaydalarına görə də saxta məlumatlar bloklanıb, silinir. Məhz buna görə də “Youtube” bu cür məlumatları silib. Lakin Almaniya hökuməti Azərbaycan xalqına və dövlətinə qarşı informasiya diversiyası aparanları himayə edir. Onları qoruyur və saxta məlumat tirajlamaları üçün şərait yaradır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam