Yenixeber.org: Bu barədə Finlandiyanın “Yle” televiziyası məlumat yayıb.
“Cənub-Şərqi Finlandiya Sərhəd Mühafizəsi şərq sərhədindəki sərhəd keçid məntəqələrində sərhəd mühafizəsi təlimləri təşkil edir”, - məlumatda deyilir.
Təlimlər İmatra, Nuiyamaa, Vaalimaa və Virolahti rayonlarında keçiriləcək.
Təlimlərə polis, gömrük, xilasetmə və müdafiə qüvvələrinin şəxsi heyətindən ümumilikdə 300-ə yaxın şəxs cəlb edilib.