Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

İranın gizli planı: Üç ölkə xəbərdarlıq etdi

 

Britaniya, Almaniya və Fransa İranı yüksək zənginləşdirilmiş uran ehtiyatını heç bir etibarlı mülki əsaslandırma olmadan görünməmiş həcmdə artırmaqda ittiham edib.

Yenixeber.org xəbər verir ki, üç ölkə bəyanat yayaraq, İranın nüvə eskalasiyasından geri çəkilməli olduğunu bildirib.

“İranın zənginləşdirilmiş uran ehtiyatı heç bir etibarlı mülki əsaslandırma olmadan görünməmiş səviyyəyə çatıb. Bu, İrana çoxlu nüvə silahları üçün lazım olan materialı sürətlə istehsal etmək imkanı verir”, - bəyanatda vurğulanıb.

Həmçinin üç ölkə bəyan edib ki, İran qabaqcıl sentrifuqaların quraşdırılmasını da sürətləndirib, bu da Tehranın dəstəklədiyini iddia etdiyi nüvə sazişini pozmaq səylərində daha bir zərərli addımdır.


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) bəyan edib ki, İran zənginləşdirilmiş uranın istehsalını yüksək həcmdə artırıb. AEBA bildirib ki, İran 60 faiz zənginləşdirilmiş urana malik yeganə qeyri-nüvə silahı dövlətidir. Nüvə silahının əldə edilməsi üçün uran 90 faizədək zənginləşdirilməlidir.

İran həmişə nüvə silahı əldə etmək cəhdini təkzib edir, həm kosmik proqramı, həm də nüvə fəaliyyətinin “mülki məqsədli” olduğunu deyir. Bununla belə, ABŞ və AEBA İranın 2003-cü ilə qədər mütəşəkkil hərbi nüvə proqramına malik olduğunu və öz nüvə proqramını mülki zərurətdən kənarda inkişaf etdirməyə davam etdiyini bildirir. İsrail də iddia edir ki, Tehran heç vaxt nüvə silahı proqramından əl çəkməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam