Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Xameneyinin müşaviri açıq danışdı -“Türkiyə...”

 

İran müttəfiqi Suriya lideri Bəşər Əsədi xilas etmək üçün heç bir addım atmır.

Yenixeber.org xəbər verir ki, bu barədə politoloq Ərəstun Oruclu bildirib.

“Türkiyə tələyə düşdü” deyərək, Ankaraya qarşı sensasion bəyanat verən Seyid Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti İranın əsl düşməninin Türkiyə olduğunu göstərdi. Siyasəti anlayanlar üçün burada heç bir yenilik yoxdur.

Bəyanatın bir məqsədi də istifadə müddəti bitmiş Əsəd rejiminin təhvil verilməsinin məsuliyyətini Türkiyənin üzərinə atmaqdır. Halbuki Tehran özü “qardaş”ı Əsədi xilas etmək üçün real heç bir addım atmır”, - analitik vurğulayıb.

Ərəstun Oruclunun sözlərinə görə, Suriyadakı son gərginləşmədən sonra İran tərəfdarları sosial mediada Türkiyə əleyhinə təbliğata başlayıblar:

“Bizim üçün burada önəmli məqamlardan biri də son günlər sosial media seqmentində Türkiyə əleyhinə təbliğatın haradan (İrandan) qaynaqlanmasıdır. Vilayəti bütün gizli kartları açdı, yoxsa çoxları inanmırdı, tərəddüd edirdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam