Putin bu tarixə kimi Ukrayna ordusunu Kurskdan qovmaq istəyir...
Rusiya Prezidenti Vladimir Putin öz hərbçilərinə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi gününə, yanvarın 20-nə qədər Ukrayna qoşunlarını Kursk vilayəti ərazisindən çıxarmağı əmr edib.
Yenixeber.org: Məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Putin üçün ən önəmlisi bizi Kursk vilayətindən sıxışdırıb çıxarmaqdır. Bütün bu hekayələr, yeni raketlərlə nümayişkaranə zərbələr - bunların hamısı bir səbəbdir. Əminəm ki, o, gələn il yanvarın 20-nə qədər bizi Kurskdan qovmaq istəyir", - Zelenski bildirib.
O, əmin olduğunu bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı Putinin öz ərazilərini qoruya bilmədiyini göstərir, çünki Rusiya ordusunun bütün qüvvələri Ukraynanın işğal olunmuş ərazilərinə göndərilib.