Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

ABŞ Gürcüstanda seçki pozuntularının tam araşdırılmasında israr edir

news content

Çərşənbə günü ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətini parlament seçkilərində yol verilmiş pozuntuları araşdırmağa çağıran prezident Co Baydenin sonuncu bəyanatı ilə bağlı şərh verməyib. 

Yenixeber.org: Bir müddət əvvəl "Gürcü arzusu"nun bir sıra vəzifəli şəxsləri bildiriblər ki, Ağ Evin bəyanatını "Gürcüstanda legitim seçkilərin tanınması" hesab edirlər.

"Prezidentin bəyanatı nə deməkdirsə, o deməkdir, vəssəlam... O, Gürcüstan hakimiyyətini araşdırma aparmağa çağırıb. Biz həmçinin açıq şəkildə bildirdik ki, Avropa İttifaqındakı həmkarlarımızla məhz hansı araşdırmalara ehtiyac olduğu haqqında məsləhətləşmələr aparırıq", deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın suallarına cavabda bildirib. 

Çərşənbə günü Gürcüstanın dövlət prokurorları araşdırmalara başladıqlarını açıqlayıblar və prezident Salome Zurabişvilini pozuntular haqqında ifadə verməyə dəvət ediblər.

"Biz açıq şəkildə bildirdik ki, Gürcüstan hökuməti ilə münasibətlərimiz dayandırlıb. Biz artıq Gürcüstan hökumtətinə 95 mln. dollarlıq yardımımızı dayandırmışıq", deyə o bildirib.

Turan-ın Gürcüstan hakimiyyətinin vətəndaş cəmiyyətinin üzvlərinin, daha dəqiq isə Atlantic Council-in bu yaxınlarda bank hesabları dondurulan iki əməkdaşının qorxudulması kampaniyası haqqında sualına cavabda Miller belə deyib: "Bu konkret hadisələrlə bağlı şərh verməyəcəyəm, amma aydındır ki, insanların əsas azadlıqlarına riayət olunmalıdır. Etiraz etmək azadlığı, fikri ifadə etmək hüququnu həyata keçirmək azadlığı məhdudlaşdırılmamalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam