Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Le Figaro”:Danışıqların zəruriliyi ABŞ-da, Avropada və Ukraynada müzakirə olunur

 

Rusiya qoşunlarının Donbassda irəliləməsi fonunda cəbhədə Kiyev üçün yaranan əlverişsiz vəziyyət Qərbi Ukrayna münaqişəsinin diplomatik yolla həlli barədə düşünməyə vadar edir.

Yenixeber.org-un məlumatına görə, danışıqların zəruriliyi həm ABŞ-da, həm Avropada, həm də Ukraynada müzakirə olunur.

“Qərb artıq açıq şəkildə etiraf edib ki, Donbass və Krımın işğaldan azad edilməsi Ukrayna ordusunun imkanlarından kənardadır. Eyni zamanda, Kiyevin Kursk bölgəsinə hücumu Ukrayna hakimiyyətinin gözlədiyi nəticəni vermədi və Donbassda Rusiya qoşunlarının mövcudluğunun azalmasına səbəb olmadı.

Həm döyüş sursatı, həm də əsgəri olmayan Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərindən ona Rusiyanın dərinliklərinə zərbə endirmək imkanı vermələrini xahiş etməyə başladı. Eyni zamanda Berlin Kiyevə yardımın azaldığını elan edir və Fransa parlamentin buraxılmasından sonra bu məsələdə təşəbbüsü itirib”.

“Le Figaro” qeyd edib ki, ABŞ-da keçiriləcək prezident seçkiləri də Amerikanın Ukraynaya yardımının davam etdirilməsini sual altına qoyur. Qəzetin sitat gətirdiyi bir fransız rəsminin sözlərinə görə, ABŞ-da seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, yardımlar azalacaq.(Le Figaro)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam