Rusiyanın 3000 əsgəri mühasirəyə alındı

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Rusiyanın 3 min nəfər əsgərini mühasirəyə alıb.
Yenixeber.org: Rusiya hərbçiləri əks-hücuma keçərək Kursk vilayətinin Korenevo kəndini Ukrayna hərbçilərindən alıblar. Kənd avqustun 20-də ukraynalıların əlinə keçmişdi.
Ukrayna hərbçiləri Korenevo kəndinin cənubundakı Krasnooktyabr kəndini ələ keçirərək, kəndin cənub sərhədini bağlayıblar. Ərazi cənubdan və qərbdən dövlət sərhədi, şimaldan isə Seym çayı ilə əhatə olunub.