Yenixeber.org: Bu barədə siyasətçi ona məxsus olan “Truth Social” sosial şəbəkəsində yazıb.
“Bal ayı dövrünün sonuna yaxınlaşan və anketlərdə pis uduzmağa başlayan Kamala Harris sadəcə mənim vergi siyasətimi kopyalayır. Fərq ondadır ki, o bunu həyata keçirməyəcək və bu yalnız ona siyasi məqsədlər üçün lazımdır. Bu, Trampın ideyası idi, onun öz ideyaları yoxdur. İdeyaları ancaq məndən oğurlaya bilər”, – Tramp öz səhifəsində qeyd edib.
Qeyd edək ki, Harris Nevada ştatının Las-Veqas şəhərində keçirilən mitinqdə işçilər üçün nəzərdə tutulan bəxşişlərin vergidən azad olunmasından danışıb. Bundan əlavə, o, ABŞ-da qiymətlərin aşağı salınması üçün tədbirlər görəcəyini vəd edib. Halbuki, Tramp əvvəllər də bəxşişlərin vergiyə cəlb edilməsinə qarşı olduğunu bəyan edib.