Redaktor seçimi
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Günün xəbəri

Türkiyə hərbi sənayesinin növəti uğuru: ÖLKƏNİ “POLAD QÜBBƏ” QORUYACAQ -VİDEO

TÜRKİYƏNİ “POLAD QÜBBƏ” QORUYACAQ - İlk görüntülər + VİDEO

Türkiyə bütün ölkənin hava məkanını qoruyacaq “Polad Qübbə” adlı Hava Hücumundan Müdafiə Sistemləri istehsal edəcək.

Yenixeber.org: Məlumata görə, bu qərar Müdafiə Sənayesi İcraiyyə Komitəsinin Türkiyə lideri Rəcab Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında öz təsdiqini tapıb.

Məlumat üçün deyək ki, sistem yüksək texnologiya, süni intellekt dəstəyi (AI) və real vaxt rejiminə əsaslanacaq.

“Polad Qübbə” layihəsi xüsusilə son zamanlar gündəmdə olan İsrail hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”ni xatırladır.

Qeyd edək ki, “Dəmir Qübbə” İsrailin istehsal etdiyi qısa məsafəli hava hücumundan müdafiə sistemidir. İlk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirib.

“Dəmir Qübbə” istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.

Qeyd edək ki, “Polad Qübbə” bir vilayət və ya şəhəri deyil, bütün Türkiyənin hava məkanını qoruyacağı üçün verilib.

Onu da deyək ki, adıçəkilən metallar bir-birinə bənzəsə də, polad dəmirin işlənmiş halıdır. Yəni daha güclü və əyilməz metaldır. Bu ad seçimi isə xüsusi olaraq HHMS-nin nə qədər güclü olacağına bir işarədir.

“Polad Qübbə”nin ilk görüntülərini təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam