Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“WhatsApp”ın dizaynı dəyişdi- FOTO

 

“WhatsApp” komandası rəsmi olaraq messencerin əsaslı şəkildə yenidən dizayn olunduğunu elan edib. 

Yenixeber.org xəbər verir ki, tətbiq yalnız “Android” və “iPhone”da dəyişdirilib.

Messencerin PC versiyası dəyişməz olaraq qalır. 

Tətbiqin  “iOS” və “Android” versiyaları indi eyni görünür. Əsas ekranın yuxarısındakı axtarış işarəsi əvəzinə süni intellektin inteqrasiya olunduğu axtarış paneli peyda olub. Bu başlıq istifadəçilərə söhbətlərdə mesaj və faylları axtarmağa imkan verir.

Bundan başqa, dizayna yeni animasiyalar əlavə olunub və “Parametrlər” bölməsindəki nişanlar dəyişib. Proqramın “Android” versiyasında naviqasiya paneli ekranın aşağı hissəsinə köçürülüb. “Android”də isə yeni naviqasiya paneli var.  Həmçinin “iOS”da foto, video və sənədlərin göndərilməsi interfeysi dəyişib.

“WhatsApp”ın yeni dizaynını qiymətləndirmək üçün proqramı ən son versiyaya yeniləmək kifayətdir. Əgər yenilənmə yoxdursa, bir az gözləməli olacaqsınız. Çünki yeniləmə tədricən tətbiq edilir.

Bildirilib ki, həmçinin tezliklə “WhatsApp” vasitəsilə internet olmadan da faylları bir-birinə göndərmək mümkün olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam