Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Azərbaycanda film kimi OLAY – Əvvəl ana, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİ

 

Ailəsi tərəfindən imtina edilən daha iki yeniyetmə qız sığınacağa yerləşdirilib. 

Yenixeber.org xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat yayıb.

Onun sözlərinə görə ana və nənənələri tərəfindən tərk edilən bacılar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gətirilib:

“Onlar körpə olarkən ana-ata ayrılıb. Uşaqlar nənənin himayəsində qalıblar. Bir müddət uşaqları nənə böyütsə də sonradan o da imtina edib. Uşaqları bir bağçanın qarşısına qoyub gedib. Uşaqlar polis tərəfindən uşaq evinə yerləşdiriliblər. İllər keçib və körpələr böyüyüblər. Uşaq evində olarkən analarını istədiklərini və artıq anaları ilə qalmaq istədiklərini deyiblər. Anaları tapılıb və uşaqlar anaya təhvil verilib. Uşaqların ən acı günləri də bundan sonra başlayıb. Anaları hər gün onları döyərək ağır zülmlər edib. Sonunda isə olan olub...”

Mehriban Zeynalovanın sözlərinə görə, ötən gün axşam vətəndaşlar iki qız uşağının sahibsiz qaldığını görüb dərhal polisə məlumat veriblər:

“Hadisə təkrarlanıb. Əvvəl nənələri, indi isə anaları təkrarlayıb onların travmalarını... Böyük qızın gözləri hədsiz zəif görür və bacısının çox vaxt qolundan tutaraq gəzir. Qızların dediyinə görə anaları yenicə evlənib və onlardan əlavə daha 3 uşaq var”.

Sığınacaq rəhbəri gözü zəif görən qızın müayinədən keçirilməsini və hər iki uşağa geyimlə bağlı dəstək göstərilməsini xahiş edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam