Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı -FOTO

 

Belə ki, bu kanalın tanınmış aparıcısı Kristian Amanpur Qarabağ Qarabağdakı separarçıların keçmiş lideri, hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanın oğlu David Vardanyanı efirə çıxardıb. O, atasının saxlanma şəraiti və başqa məsələlərlə bağlı tənqidi yöndə danışıb.

Yenixeber.org xəbər verir ki, dünya çapında qlobal TV -lərdən ən məşhuru olan CNN Azərbaycana veriliş həsr edib.

Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı

Kristian Amanpur

Hazırda Bakı həbsxanasında saxlanılan və müharibə canisi kimi mühakimə altında olan Vardanyanla bağlı son günlər ciddi fəallıq müşahidə olunmaqdadır. 5 milyard dollar həcmində sərvətinin olduğu bildirilən Vardanyanın ailəsi və paralel olaraq erməni lobbisi separatçı liderlə bağlı informasiya və siyasət məkanlarında "fırtına" qoparmaqdadırlar. Gah onun Nobel mükafatına təqdim olunması xəbəri yayılır, gah da günlərdir aclıq aksiyası keçirdiyi ilə bağlı şübhəli məlumatlar yayılır. İndi isə kiçik bir bölgənjn separatçısının oğlunu CNN kimi nəhəng televiziyaya çıxardıb, danışdırırlar. Avropada Qarabağdan da miqyaslı separatçılıq ocağı, Vardanyandan da qat -qat tanınan separatçı liderlər var. Həbsxanalarda mühakimə edilınlər də yox deyil. Lakin onlar qalırkən, hətta separatçı və qondarma "artsax"ın əsas lideri Araik Arutyunyan dururkən birdən - birə Vardanyan amili niyə diqqət mərkəzinə gətirilir?

Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı

David Vardanyan

Miqyas simaların ölçüsü deyil, paranın - pulun ölçüsüdür. Görünən budur ki, Vardanyanın milyardları işləməyə başlayıb. Ailəsi onu mühakimədən qurtarmaq üçün milyonlar xərcləyir. Lakin onun bütün mal varlığı törətdiyi cinayətlərə görə cəzadan yayınmağa yetməz. Bakı türməsini milyardlarla "yarmaq" mümkünsüzdür.(Musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam