Ukrayna ordusunun itkiləri açıqlandı -SİYAHI
Rusiya müharibənin 736-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 575 təyyarəsi, 267 helikopteri, 13 715 PUA-sı, 475 zenit-raket kompleksi, 15 286 tank və digər zirehli texnikası, 1 227 reaktiv yaylım atəş sistemi, 8 223 artilleriya və minaatanı, 19 211 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.









AZ
RU
