Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Deyirəm, Volodya, nə edirsən? - Putindən Zelenskiyə MÜRACİƏT

 

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı neonasizmlə bağlı danışıb. O, Ukrayna lideri Vladimir Zelenskiyə xitab etdiyini xatırladıb.

Yenixeber.org xəbər verir ki, Putin bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib

– Deyirəm, Volodya, nə edirsən? Atanız faşizmlə mübarizə apardığı halda, siz niyə bu gün Ukraynada neonasistləri dəstəkləyirsiniz, – Putin Zelenskiyə müraciət edərkən deyib.

Rusiya lideri V.Zelenskinin atasının İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasına qarşı vuruşduğunu vurğulayıb

Rusiya rəhbəri əlavə edib ki, Ukrayna prezidentinin nə cavab verdiyini deməyəcək, çünki bu, onun səhvi olardı.

Putinin sözlərinə görə, Zelenski hakimiyyətə gəldikdən sonra iki şeyi dərk edib: birincisi, neonasistlərlə və millətçilərlə toqquşmamaq daha yaxşıdır, çünki onlar aqressivdirlər; ikincisi, ABŞ başda olmaqla Qərb Ukraynanı və Rusiyaya qarşı çıxanları dəstəkləyəcək, çünki bu, sərfəli və təhlükəsizdir.

Karlsonun Putinlə müsahibəsi fevralın 9-da dərc olunub. Amerikalı jurnalist Rusiya Federasiyasının prezidenti ilə söhbət etmək üçün Moskvaya səfər edib. Taker Karlson hesab edir ki, Ukraynadakı münaqişə bəşəri fəlakətdir. Amma o, əmindir ki, buna baxmayaraq, ingilisdilli ölkələrin əhalisinin bu barədə heç nə bildiyi kimi görünmür, çünki Qərb mediası bütün həqiqəti üzə çıxarmır.

Ağ Ev “Fox News” telekanalının keçmiş aparıcısının Putindən müsahibə almasına tənqidi reaksiya verib və qeyd edib ki, Ukraynadakı müharibəyə haqq qazandırmaq üçün Kreml rəhbərinə başqa mikrofon təqdim etmək lazım deyil.

Yeri gəlmişkən, Karlson Zelenskini də müsahibəyə dəvət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam