ABŞ-dan İsrailə belə xəbərdarlıq etdi:Fəlakət ola bilər!
İsrail ordusunun Qəzzanın Rəfah şəhərinə mümkün əməliyyatı fəlakət ola bilər.
Yenixeber.org: Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, yüz minlərlə fələstinlinin Qəzzanın cənubunda kiçik ərazidə məskunlaşdığını xatırladıb:
“İsrailin bununla bağlı planlarını görməmişik. Fələstinlilər Rəfah daxilində və ətrafında qorunurlar. Orada xeyli insan var. Hazırda Rəfahda mümkün əməliyyat fəlakətə çevrilə bilər və bunu biz dəstəkləmirik”.









AZ
RU
