Ukrayna bu qəsəbəni itirdi
Rusiya ordusu Donetsk vilayətinin Vesyoloye qəsəbəsini ələ keçirib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bundan başqa, aviasiya, artilleriya və ağır odsaçan sistemləri ilə Kleşevka və Andreyevka istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 22-ci, 42-ci, və 93-cü mexanikləşdirilmiş briqadalarının canlı qüvvə və texnikasına zərbələr endirilib”, - məlumatda bildirilib.