Ukraynanın itkiləri artır -STATİSTİKA
Rusiya müharibənin 693-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 779 PUA-sı, 450 zenit-raket kompleksi, 14 658 tank və digər zirehli texnikası, 1 202 reaktiv yaylım atəş sistemi, 7 759 artilleriya və minaatanı, 17 560 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.